Əlaqə
Satıcı kimi qoşulmaq, paketlər, şikayət və təkliflər üçün bizə yazın — mümkün qədər tez cavab veririk.
Bizə yazın
Tez-tez verilən suallar
Elanım niyə saytda görünmür?▾
Fərdi elanlar dərc olunmazdan əvvəl yoxlanılır — bu, adətən bir neçə saat çəkir. Ölüxana və mağaza hesabları sayt rəhbərliyi təsdiqlədikdən sonra aktivləşir. Paketinizin elan limiti dolubsa, artıq elanlar panelinizdə “Dayandırılıb” bölməsinə düşür.
Şifrəmi unutmuşam, nə edim?▾
Giriş səhifəsində “Şifrəni unutmusunuz?” linkinə basın — qeydiyyatdakı e-poçtunuza bərpa kodu göndəriləcək.
Satıcı kimi necə qeydiyyatdan keçim?▾
“Elan yerləşdir” səhifəsində satıcı növünü seçin: ölüxana, mağaza və ya fərdi satıcı. Ölüxana və mağazalara 45 günlük pulsuz sınaq verilir.
Paketi necə ödəyə bilərəm?▾
Satıcı panelində “Paketim” bölməsində ödəniş qaydası göstərilib. Ödənişdən sonra bu forma ilə “Paket və ödəniş” mövzusunda yazın — paket eyni gün aktivləşdirilir.
Fərdi elan neçə gün aktiv qalır?▾
30 gün. Müddət bitəndə elanı panelinizdən bir kliklə uzada bilərsiniz. Eyni vaxtda ən çox 3 aktiv elanınız ola bilər.
Hissəni sayt vasitəsilə ala bilərəmmi?▾
Xeyr, HisseTap.az alış-verişdə vasitəçi deyil. Elandakı nömrə ilə satıcıya birbaşa zəng edin və ya yazın — qiyməti, ödənişi və çatdırılmanı satıcı ilə razılaşdırın.